9.05.2018

Google Photos

Bu günki yazacağım informasiya Mənim favori proqramım olan " GOOGLPHOTOS " proqramı haqqındadı..

Bir çox insan bu proqramın sərfedici tərəflərini bilmir.Daha doğrusu proqramın nəyə yaradığını  yazsam daha doğru olar.
Adicə ətrafımda olan insanlardan ilk dəfə soruşduqda: "GOOGLPHOTOS proqramı var telefonunda?" Samsung işlədənlərin cavabı "telefonumda yer yox idi deyə sildim.." İphone işlədənlərın isə demek olarki xəbəri yoxdur.Çünki proqram Samsung telefonuna hazır köçürülmüş olur və proqrama daxil olan kəs ən azından nəyə yaradığını + bir balaca araşdırarsa heç bir zaman silməz proqramı.
İphone'a isə özümüz köçürməliyik.Onuda qeyd edim ki,İphone işlədənlər üçün daha əlverişlidir.Çünki Samsung telefonunda şəkilləri papka-papka yükləməli olursansa,İphone telefonunda şəkillər papka halında olmadığına görə daxil olduqda avtomatik proqrama yüklənir.
Gələk əsas mövzuya niyə görə mən bu proqram haqqında yazmaq fikrinə düşdüm? Ona görə ki,bu proqramın daxilində bir çox əlverişli funksiya var.Bəzən şəkillərimizi fləşə,karta,komputere atsaq belə,bir gün bunlara zərər gəlmə ehtiyyatını gözə alaraq 
GOOGLPHOTOS 'a yüklədiyimiz şəkillərin isə ömür boyu silinməyəcəyinə şahid ola bilərsiniz.(ANCAQ HESABINIZI NƏ ZAMANSA ÖMÜRLÜK SİLƏRSƏNİZ ŞƏKİLLƏRDƏ SİLİNƏCƏK..PAROLU UNUTMAYIN VƏ İÇİNDƏ ŞƏXSİ ŞƏKİLLƏRİNİZ OLDUĞUNDAN ÇALIŞIN GİZLİ QALSIN) Sadəcə olaraq şəkillərin tam yükləndiyinə əmin olmalısınız.Bulud işarəsi şəkilin və ya papkanın üzərindədirsə,proqrama tam yüklənmədiyini görsədir.Bulud işarəsi yox olarsa,ilk dəfə istifadə edəcəklər üçün nümunə deyim edərsiniz :) Yüklədiyiniz istədiyiniz şəkili GALERİ proqramından silin.Daha sonra "GOOGLPHOTOS " proqramına daxil olun.Özünüzdə görəcəksinizki,az öncə şəkili galeridən sildiyiniz halda  "GOOGLPHOTOS" proqramında qalır.

     Mən ilk dəfə İphone 3GS işlədərkən proqramın nəyə yaradığını özüm bilmişdim.Heç bir yerdən araşdırmadan.O zamandan sevimli proqramıma çevirildi.Çalışdığım qədər etrafımdakı insanlarada öyrətdim çünki "Paylaşmaq Gözəldir!"2014-cü ildən  sonra İphone 5S-işlətməyə başladığımda belə hər zaman istifadə elədiyim hesabıma qaldığım yerdən təzə şəkillərimi yükləməyə başladım.Bir sözlə proqramın ən gözəl yanı hesabınızdakı şəkillərə istənilən
 yerdən və istənilən komputer vəya telefondan daha rahat şəkildə baxa və paylaşa bilərsiniz.Məsələn:Telefonunuz suya düşdüyü vəya itirdiyiniz təqdirdə Gmail və parolunuzu yazdıqda yenidən şəkillərinizi əldə edə bilərsiniz.Komputerinizdəndə istənilən sayda hesabınıza şəkillər əlavə edə bilərsiniz.Yer tutumu 15GB-lik vəya sınırsız sayda şəkil yükləmək olar.
Proqramın II-ci gözəl yanı isə proqramda 2ci yerdə dayanan "Albomlar" hissəsindən rahat şəkildə istədiyimiz şəkil,video,yerləri,ekran görüntüsü aldığımız,toy,ad günü,plaj,heyvanlar,şəlalə,göl,dağ,gül,piknik,yeməli,rəqs,yemək reseptləri,selfie'lər,maşın,posterlər,Sevgililər gününə aid belə şəkiliniz varsa,rahat şəkildə tapa bilərsiniz.
Ən gözəli isə bir insanı axtarırsınızsa,şəkilinin üstünə vurduqda onun olduğu bütün şəkillər qarşınızda olacaq.Bu proqram hemde Kontaktınızlada əlaqəlidir.Qarşınıza çıxan hər hansısa insan şəkilinin üstündə "ad ekleyin" olacaq.Özünüzdən istədiyiniz adı vəya kontaktınızda hansı adı qoymusunuzsa seçib qoya bilərsiniz.Bununlada istədiyiniz insanı daha rahat şəkildə tapa bilərsiniz.
Telefonunda yeri az olub rahat şəkildə "film","kolaj" və "slide show" proqramları köçürə bilməyənlər üçündə çox əlverişlidir.Bu hissədən istifadə edərək şəkillərinizi seçib "film","kolaj" və "slide show"nuzu düzəldə bilərsiniz.

Hər bir insanın heç bir zaman silinməsini istəmədiyi şəkilləri vardır...

Buna görə siz "GOOGLE PHOTOS" proqramını istifadə etdiyiniz halda hər zaman sevimli şəkilləriniz sizinlə qalacaqdır.
Xoş istifadələr 💓

Hiç yorum yok:

Gənclərin Vebinar Dərsi

Gənclərin Vebinar Dərsi