Kompüterlərin yaranmasından yetmiş ildən artıq vaxt keçməsinə baxmayaraq, bu müddət ərzində onlar çox böyük sürətlə inkişaf etmişdir. Bu inkişaf yolu kompüterlərin istehsalında, həcmində və funksionallığında özünü açıq şəkildə büruzə verir. Kompüterlər, yalnız hesablama əməliyyatı aparmağa qadir olan, istehsalı və istismarı böyük xərc tələb edən böyük həcmli cihazlardan, kütləvi istehsal edilən, çox funksiyalı və maya dəyəri az olan, kiçik ölçülü cihazlara çevrilmişdir. Kompüterlərin sürəti, böyük həcmli informasiyaları qəbul etmək, saxlamaq və emal etmək qabiliyyəti kəskin surətdə yüksəlmişdir.
İstifadəçi kompüterlərdə tələb olunan məsələləri həll etmək üçün dəqiq başlanğıc informasiyalar, səhvsiz alqoritm və səmərəli proqram təminatına malik olmalıdır. Belə proqramların yaradılması isə kompüter texnikasının arxitekturasını və funksional imkanlarını, alqoritmik dilləri bilməyi və proqramlaşdırma vərdişinə malik olmağı tələb edir.
Bəs kompüter nədir?
Kompüter, istifadəşidən aldığı məlumatlarla məntiqi hesablamalar aparan, hesablamaların nəticəsini saxlaya bilən, saxladığı məlumatlara istənilən vaxt yenidən işlənə bilinən bir elektron maşındır.
Kompüterlər müvafiq proqram təminatı vasitəsilə rəqəmli informasiyanın yaradılmasını, emal edilməsini, etibarlı saxlanılmasını və operativ mübadiləsini təmin edən universal qurğudur. Başqa sözlə, kompüterlər informasiya ilə işləmək üçün nəzərdə tutulmuş proqramla idarə olunan elektron qurğulardır.
Kompüterlər sürətli təkamül yolu keçmişlər və bu gündə təkmilləşməkdə davam etməkdədirlər.
Kompüter və onların inkişaf tarixi
İlk gerçək “Kompüter” İngilis riyaziyyatçısı Charles Babbage
(1792-1871) tərəfindən hazırlanmışdır. Ancaq onun yaşadığı illərdə texnologiya çatışmazlıqlarından, hazırladığı maşınlarda əməliyyat sistemləri mövcud deyildi. Bu səbəbdən də Charles Babbagenin hazırladığı elektron maşınlar müvəffəqiyyətsizliyə uğradı.
Babbage’ ın müvəffəqiyyətsizliklə nəticələnən işlərindən sonra, II. Dünya müharibəsinə qədər olan dövrdə demək olar ki, az bir inkişaf olmuşdur. 1940cı illərdə isə, Harvard Universitetində Howard Aiken, Princeton Universitetində John Von Neumann və Amerika ilə Almaniyadakı bəzi digər araşdırmaçıların işləri nəticəsində vakuum balonları(lampalar) istifadə edilərək bəzi elektron maşınların inkişaf etdirilməsi mümkün oldu. Ancaq bu inkişaf etdirilən maşınlar son dərəcə böyük və on minlərlə lampalardan təşkil edilmiş və bu gün evlərdə istifadə edilən kompüterlərdən çox daha yavaş işləyirdilər.
Bu dövrdə maşının həm dizaynını verən, həm emalatını edən, həm proqramlaşdıran, həm işlədən və həm də baxımını edən kiçik bir qrup olmalı idi. Bütün proqramlaşdırma, idarə panelindəki əlaqədar yerlərə, əlaqədar kabelləri taxaraq maşın dili ilə edilərdi. Əməliyyat sisteminin isə adı belə xatırlanmamaqda idi. Sonraları 1950ci-illərin başında kartlı maşınların inkişafı ilə proqramların kartlara yazılıb buradan oxudulması təmin edildi, lakin digər hadisələr tamamilə eyni olaraq qalırdı.

I nəsil kompüterlərin istehsal olunması
Bu mərhələ ENIAC (Electronic Numerical Integrator and Computer) kompüterinin yaradılması ilə başlayır və 1946-1958-ci illəri əhatə edir. Birinci nəsil kompüterlərin element bazası çoxsaylı elektron lampalar idi. Onlar elmi-texniki məsələlərin həlli üçün istifadə olunurdu. Həddən artıq baha olduğundan əsasən hərbi-sənaye kompleksində və dövlət təşkilatlarında istifadə olunurdu. Bu kompüterlər böyük həcmə və kütləyə malik idi. Elektron lampalar böyük həcmli elektrik enerjisi sərf edirdi və tez qızırdı. Buna görə də əlavə soyutma sistemindən istifadə olunurdu. Məsələn, ENIAC (ENIAC kompüteri 9 il – 1955-ci ilə qədər fəaliyyət göstərmişdir) kompüterində 178468 elektron lampa, 7200 kristallik diod, 4100 maqnit elementləri istifadə olunmuşdur və o, 30 ton ağırlığında olub, 200 kvadrat metr sahəni tuturdu,
150 Kvt elektrik enerjisi sərf edirdi. Birinci nəsil kompüterlər yalnız saniyədə 10-20 min əməliyyat yerinə yetirə bilirdi. Belə ki, adicə loqarifmik və triqonometrik funksiyaların hesablanması üçün bir dəqiqədən artıq vaxt tələb olunurdu. Əməliyyatlar yalnız ardıcıl – bir əməliyyat qurtardıqdan sonra digər əməliyyat yerinə yetirilirdi. Elektron lampaların istismar müddəti qısa olduğundan kompüterlər texniki cəhətdən də etibarlı deyildi. Kompüterlərin operativ yaddaşı zəif olub, 512-2048 bayt təşkil edirdi. Operativ yaddaş qurğusu olaraq ilk vaxtlar civə doldurulmuş kicik diametrli borulardan, sonra isə ferromaqnitlərdən istifadə olunmuşdur. Birinci nəsil kompüterlər üçün proqramlar konkret kompüter üçün unikal olan “maşın dilində” tərtib edilirdi. Bu proqramlar həddən artıq mürəkkəb olub, onları yazmaq üçün proqramlaşdırıcıdan kompüterin arxitekturasını dəqiq bilməyi tələb edirdi. Proqramın daxil olunması və yerinə yetirilməsi idarəetmə blokunun açarları vasitəsilə həyata keçirilirdi. Bu proses mürəkkəb olduğundan və proqramda meydana çıxan səhvlərin aradan qaldırılması zərurəti proqramın daxil edilməsi və yerinə yetirilməsi prosesinin proqramlaşdırıcı tərəfindən yerinə yetirilməsini tələb edirdi. Bu nöqsanlara baxmayaraq birinci nəsil kompüterlər o dövr üçün elmi-texniki tərəqqinin ən böyük nailiyyəti hesab olunur və mürəkkəb, əvvəllər həlli mümkünsüz hesab edilən elmi, mühəndis məsələləri həll etdi. Bunun nəticəsində bir sıra elm və sənaye sahələrində fundamental nəticələr əldə olundu. Xüsusilə, atom fizikası və energetikası, riyaziyyat, astronomiya və hərbi-sənaye kompleksi sürətlə inkişaf etməyə başladı. Qərb dünyası ilə müqayisədə kecmiş SSRİ-də, o cümlədən Azərbaycanda kompüterlər bir qədər gec, keçən əsrin 50-ci illərinin əvvəllərindən başlayaraq istifadə edilmişdir. Sovet sənayesi MESM, BESM, Strela, M-1, M-2, M-3, Minsk-1, M-20, Ural-1, Razdan və s. birinci nəsil kompüterlər istehsal etmişdir.

Hiç yorum yok:
Yorum Gönder